Yasamal küçələrində ƏMƏLİYYAT:  tutulanlar var - VİDEO
04 oktyabr 2022 12:56 (UTC +04:00)

Yasamal küçələrində ƏMƏLİYYAT: tutulanlar var - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirilib.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Dadaş Bünyadzadə və ətraf ərazilərdə yerləşən küçələrində son 3 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq gotürülüb.

Faktlarla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, artıq həmin ərazilərə fasiləsiz xidmət aparan naryad qrupları təhkim olunub.

# 2610
avatar

Oxşar yazılar