Valyutadəyişmə  məntəqəsinin əməkdaşı   bıçaqlandı
20 aprel 2022 15:28 (UTC +04:00)

Valyutadəyişmə məntəqəsinin əməkdaşı bıçaqlandı

Sumqayıt şəhəri, 3-cü mikrorayondakı Sülh küçəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqəsinin Əlizamin adlı əməkdaşı bıçaqlanıb.

Lent.az-ın məlumatına görə, yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni onun qohumunun törətdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

# 2268
avatar

Mehman Nəbiyev

Oxşar yazılar