Oğlan uzun saçlarına  görə küçədə döyüldü
03 sentyabr 2024 10:53 (UTC +04:00)

Oğlan uzun saçlarına görə küçədə döyüldü

Rusiyanın Krasnoyarsk şəhərində gənc oğlan yeniyetməni döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Voronova küçəsində baş verib.

İlkin məlumata görə, həmin şəxs sərxoş halda küçədə bir qrup yeniyetmə oğlanla rastlaşıb və onların uzun saçlarını görərək, əsəbiləşib. Onların arasında münaqişə yaranıb və bu zaman gənc oğlan 16 yaşlı yeniyetməni bir neçə dəfə vurub.

Polis yeniyetməni döyən şəxsi saxlayıb, onun 27 yaşlı yerli sakin olduğu üzə çıxıb. Onun barəsində “Xırda xuliqanlıq” maddəsi ilə protokol tərtib edilib. Yeniyetmə tibbi müayinəyə göndərilib, araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182
avatar

Oxşar yazılar