İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu Orelyen Tçuameni zədəndiyi üçün Fransa millisinin heyətindən çıxarılıb.
Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Millətlər Liqasında yığmasının İtaliya və Belçikaya qarşı keçirəcəyi matçlarda iştirak edə bilməyəcək.
Onun əvəzinə milli komandaya İtaliya təmsilçisi “Latsio”dan Matteo Genduzi cəlb olunub.
Tçuameni cari mövsüm “kral klubu”nun heyətində 5 oyun keçirib.