44 yaşını qeyd edən tanınmış aktrisa Begüm Kütük açıqlaması ilə diqqət çəkib.
Lent.az-ın xəbərinə görə, aktrisa sosial şəbəkə hesabında bütün yay boyu sıxıntı içində olduğu üçün ad günündə tort üzərində şam üfürmək əvəzinə çimərlikdə daşları üst-üstə düzərək dilək tutub.
“Ürəyim sevincli deyil. Sadəcə daşları üst-üstə düzərək doğum günümə rəng qatıb özüm üçün çoxlu arzular tutdum. Olacağına inanıram”, - o bildirib.
İzləyicilər aktrisanın qüsursuz bədən quruluşuna təriflər yağdırıblar.