“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir
03 sentyabr 2024 07:29 (UTC +04:00)

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

Super Liqa təmsilçilərindən "Qalatasaray" "Napoli"nin futbolçusu Viktor Osimhenin transferini başa çatdırmağa yaxındır. 

Lent.az DHA-ya istinadla xəbər verir ki, “Qalatasaray" Osimheni icarə əsasında heyətinə qatacaq.

"Sarı-qırmızılılar" nigeriyalının transferi üçün "Napoli" və futbolçu ilə anlaşıb.

O, sağlamlıq müayinəsindən keçdikdən sonra "Qalatasaray"la müqavilə imzalayacaq.

100 milyon avro dəyərində dünyanın 4-cü ən dəyərli mərkəz hücumçusu olan Osimhen "Qalatasaray"da 1 mövsüm icarə əsasında çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489
avatar

Oxşar yazılar