Türkiyədə gənc oğlan arvadını öldürdükdən sonra intihara cəhd edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ərzurum rayonunun Palandöken qəsəbəsində, xəstəxananın həyətində qeydə alınıb.
21 yaşlı Ali Osman Buzluk arvadı 24 yaşlı Hatice Agcakale Buzlukla avtomobildə mübahisə ediblər. Mübahisə zamanı o, arvadını boğaraq, öldürüb və meyiti avtomobilin baqajında gizlədib. Daha sonra bıçaqla özünə də xəsarət yetirib və maşını idarə edərək, ərazidən uzaqlaşıb.
Gecə sükan arxasında hərəkətsiz qalan Ali Osman polis tərəfindən aşkarlanaraq, xəstəxanaya aparılıb. O, ilkin tibbi yardımdan sonra saxlanılıb.
Məlum olub ki, cütlük rəsmi nikahla evlidirlər və toya hazırlaşırmışlar.