Suqmayıtda 61 yaşlı kişi avtobus sürücüsünü döyüb pullarını aldı
11 fevral 2025 13:13 (UTC +04:00)

Suqmayıtda 61 yaşlı kişi avtobus sürücüsünü döyüb pullarını aldı

Fevralın 10-u axşam saatlarında Sumqayıt şəhəri ərazisində marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.

Sumqayıt şəhər Polis Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185

Oxşar yazılar