Söyüşlə danışdığı üçün  qonşusunun qarnını yardı - Göygöldə
27 iyun 2023 11:02 (UTC +04:00)

Söyüşlə danışdığı üçün qonşusunun qarnını yardı - Göygöldə

Göygöldə kişiyə ağır xəsarət yetirilib.

Lent.az xəbər verir ki, hadisə iyunun 25-də saat 23 radələrində şəhərin Aydın Hacıyev küçəsində baş verib. Hüseynov Tural Turan oğlu ilə qonşusu Qurbanov Aftandil Malik oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı Tural Hüseynov yaşadığı evin həyətindən götürdüyü dəmir parçası ilə Aftandil Qurbanovun qarın nahiyəsinə bir zərbə vuraraq, ağır xəsarət yetirib.

Məlumata əsasən, hadisəyə səbəb A. Qurbanovun küçədə digər tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlətməsi olub.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556

Oxşar yazılar