Sonuncu ölüm hökmü ağrısız icra edildi
09 dekabr 2021 23:33 (UTC +04:00)

Sonuncu ölüm hökmü ağrısız icra edildi

ABŞ-ın Oklahoma ştatında 79 yaşlı kişi barədə ölüm hökmü icra edilib.

Lent.az-ın xəbərinə görə, bu ilin sonuncu ölüm hökmü zəhərli iynə ilə icra olunub. Tibbi ekspertlərin rəyinə görə, məhkumun ölümü zamanı ağırlaşma baş verməyib. 

Ölüm Hökmlərinə dair İnformasiya Mərkəzinin məlumatına görə, bu il ABŞ-da 11 nəfər edam olunub. Sonuncu şəxsin edamı 1985-ci ildə törətdiyi cinayətlə bağlıdır. Təqsirləndirilən şəxs 35 il ərzində müxtəlif instansiyalara müraciət etsə də, rədd cavabı alıb. 

Qeyd edək ki, son 10 ildə ən az ölüm hökmü 2021-ci ildə icra edilib.   

# 3153
avatar

Oxşar yazılar