Sevgilisini öldürüb intihar etdi
27 iyun 2023 11:41 (UTC +04:00)

Sevgilisini öldürüb intihar etdi

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin İzmit qəsəbəsində baş verib. Bir müddətdir şəhər sakini 32 yaşlı Hasan Ceylandan xəbər ala bilməyən iş yoldaşları polisə müraciət ediblər.

Polis əməkdaşlarının onun evinə baxışı zamanı çilingərin köməyilə qapı açılıb və mənzildən Hasan Ceylanla sevgilisi 34 yaşlı Gözde Vuralın meyitləri aşkar edilib. Araşdırmalar məlum olub ki, Hasan əvvəlcə sevgilisini tapança ilə atəş açaraq öldürüb. Sonra həmin silahla öz başına atəş açaraq, intihar edib.

Hadisənin səbəbi hələlik bilinmir. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3199

Oxşar yazılar