Rayon sakinindən avtomat silahlar tapıldı
08 iyun 2021 15:32 (UTC +04:00)

Rayon sakinindən avtomat silahlar tapıldı

Şəmkir sakinindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında  əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Şəmkir rayon sakini H.Qasımzadədən “AKS-74” markalı avtomat silahı və 1 ədəd süngü bıçaq, habelə gizlətdiyi “AK” markalı avtomat silahı, 30 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

# 1875
avatar

Mehman Nəbiyev

Oxşar yazılar