Qatili alnındakı döymədən tanıdılar: Qatardan düşən kimi...
30 may 2022 14:50 (UTC +04:00)

Qatili alnındakı döymədən tanıdılar: Qatardan düşən kimi...

Amerikada 26 yaşlı gənc qatil həbs olunub.  

Lent.az xəbər verir ki, çox saylı qətllər törədən Perez Rid adlı gənc Luizdə qatardan düşən zaman saxlanılıb. 

Perez Rid əvvəllər silah qaçaqmalçılığı və fırıldaqçılıq kimi müxtəlif cinayətlərə görə mühakimə olunub. Amma hər dəfə cəzası bitdikdən sonra yenidən öz əməllərinə davam edib. 

Hər şey 2021-ci ilin noyabrında Kanzas şəhərinin mərkəzindəki mənzillərin birində şkafda tapılan cəsədlə başlayıb. Onun qatilinin Perez Ridi olduğu aşkarlandıqdan sonra xəbər bütün ölkəyə yayılıb. Bu zaman qatilin törətdiyi cinayətlərdən zərər çəkən insanlar onu tanıyıb. Ridin tanınmasına səbəb isə qaşının ortasındakı aypara döyməsi olub. 

Daha sonra həmin şəxslər polisə müraciət edərək, Perez Rididən şikayətçi olublar. 

Hazırda o, 16 yaşındakı Marnay Haynesi, 40 yaşlı Lester Robinsonu, 24 yaşlı Kare Rosu və Pamela Aberkrombini öldürməkdə günahkar bilinir. 

Onun məhkəmə işi davam edir. 


 

# 4317
avatar

Sevinc Fərid

Oxşar yazılar