“Qanuni oğru” Lavasoğlu   həbs edildi
09 fevral 2023 00:25 (UTC +04:00)

“Qanuni oğru” Lavasoğlu həbs edildi

Albaniyada polis kriminal aləmdə Lavasoğlu Batumski kimi tanınan 42 yaşlı gürcü “qanuni oğru” Mindia Qoradzeni həbs edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, avtoritet Tirana şəhərində Albaniya və Monteneqronun hüquq-mühafizə orqanlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. Lavasoğlu Batumski cinayətkar təşkilatın rəhbəri kimi beynəlxalq axtarışa verilib.

Onun Gürcüstana ekstradisiyası məsələsinə baxılır.

Onlar Goradzeni ötən ilin yayında Varşava yaxınlığında baş verən oğruların toplantısında tutmağa cəhd ediblər. Daha sonra təhlükəsizlik qüvvələri kriminal dairələrdə Avto Samtredski kimi tanınan Avtandil Tuquşi ilə onu döyən Varlam Kuxianidze (Vatiya) ilə Qoradze arasında münaqişəni həll etmək üçün toplaşan kriminal avtoritetlərin görüşünə basqın edib. Toplantıda müxtəlif ölkələrdən 35 səlahiyyətli şəxs iştirak edib.
 

# 3363
avatar

Oxşar yazılar