Qadını ölümlə hədələdi, sonra...
17 mart 2021 11:35 (UTC +04:00)

Qadını ölümlə hədələdi, sonra...

Bakıda quldurluq hadisəsi baş verib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bir nəfər Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsində yaşayan G.Mirzəyevanın evinini həyətinə girərək, onu bıçaqla hədələyib 800 manat dəyərində mobil telefonunu alıb. Bu barədə zərərçəkmiş özü martın 15-də Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəbrayılov müəyyən edilərək saxlanılıb.

# 1329
avatar

Mehman Nəbiyev

Oxşar yazılar