Polis arvadını və qayınatasını öldürüb intihar etdi - FOTO
22 oktyabr 2022 10:15 (UTC +04:00)

Polis arvadını və qayınatasını öldürüb intihar etdi - FOTO

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Ankaranın Almadağ qəsəbəsində baş verib. Polis əməkdaşı Serkan Eke boşanma əsnasında olduğu arvadı Eda Eke və qayınatası Yakup Ortaburunu qəsəbənin girişində xidməti tapança ilə vuraraq öldürüb. Daha sonra isə həmin silahdan özünə də atəş açaraq, həyatına son qoyub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Cütlüyün 2 övladı olduğu bildirilir.

# 4836
avatar

Oxşar yazılar