Sumqayıtda qadına qarşı soyğunçuluq hadisəsi olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 20-də saat 17 radələrində şəhərin 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edərək pulqabısını alıblar. Ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşları həmin şəxsləri saxlayıblar.
Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.