Özündən 21 yaş kiçik arvadını öldürüb İNTİHAR ETDİ
06 dekabr 2021 23:14 (UTC +04:00)

Özündən 21 yaş kiçik arvadını öldürüb İNTİHAR ETDİ

Türkiyədə kişi arvadını öldürdükdən sonra intihar edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə dekabrın 6-da səhər saatlarında Kayseri şəhərinin Kocasinan qəsəbəsində baş verib.

60 yaşlı İsmayıl Çakır boşanmaq ərəfəsində olduğu arvadı 39 yaşlı Zəhra Çakırı tapança ilə güllələyərək öldürüb. Bundan sonra o, özünə də həmin silahla 2 dəfə atəş açaraq intihar edib.

Ailənin 2 övladının olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Mehman Nəbiyev

Oxşar yazılar