Tərtrədə obyektdən oğurlanan əşyalar
01 aprel 2021 09:28 (UTC +04:00)

Tərtrədə obyektdən oğurlanan əşyalar

Oğrular kənd sakininə 10 min ziyan vurdu

Tərtərin Köçərli kəndində yerləşən obyektdən oğurluq edilib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, bu barədə martın 25-də kənd sakini olan obyekt sahibi Tərtər rayon Polis Şöbəsinə müraciət edib. Müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Məhərrəm Qarayev, Xanoğlan Bayramov, Qüdrət Həsənov və qardaşı Nüsrət Həsənov saxlanılıblar. Araşdırmalarla onların 6 ədəd su nasosu, 2 ədəd su motoru, qızdırıcı, televizor, stullar və digər inşaat malları oğurlamaqla zərərçəkmişə 10 min manat civarında ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1140
avatar

Mehman Nəbiyev

Oxşar yazılar