Oktyabrın 22-də Nizami rayon ərazisində avtomobildən 2200 manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini Ş.Cəfərov saxlanılıb.