Məşhur avtoritet öldü - “Dörd qardaş”  necə yarandı?
16 yanvar 2024 17:29 (UTC +04:00)

Məşhur avtoritet öldü - “Dörd qardaş” necə yarandı?

Qazaxıstanın “Dörd qardaş” mütəşəkkil cinayətkar qruplaşmasının liderlərindən biri Erkin İzbasar dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2018-ci ilin avqustunda 12 il azadlıqdan məhrum edilib. Hakimiyyət İzbasarın böyük təsir imkanlarından ciddi narahat olurdu. Bunu nəzərə alaraq onun cəzasını ciddi rejimli həbsxanada çəkməsi qərara alınıb. 2021-ci ilin noyabrında isə artıq birinci qrup əlil olan İzbasar səhhəti ilə əlaqədar evə buraxılıb.

O, hələ sərbəst güləşlə fəal məşğul olarkən “Dörd qardaş” mütəşəkkil cinayətkar qrupunun yaradıcılarından biri olub. Bir neçə il ərzində İzbasar Qazaxıstanın kriminal aləmində görkəmli şəxsiyyətə çevrilir.

1996-cı ildə Alma-Atada vəziyyətə nəzarət edən dəstə ilə İzbasarın qrupu arasında ciddi qarşıdurma olur. İzbasar “obşak”a pul verməyəcəyini israr edir. Qruplar arasında müharibə başlayır və idmançı ordusunun həmlələrinin birində cəhd uğursuz olur. Bu savaşdan sonra İzbasar ömrünün sonuna qədər əlil arabasında qalır. 2000-ci illərin ortalarında Moskvadakı Dikul klinikasında müalicə olunur, onurğasındakı problemi aradan qaldırmağa çalışır, lakin bir daha ayağa qalxmır, buna baxmayaraq, bu, onun mütəşəkkil cinayətkarlıqda fəal iştirakına mane olmur.

O,  cinayət yolu ilə əldə edilən pulun bir hissəsini nümayişkaranə şəkildə idmanın dəstəklənməsinə yönəldir. Mütəşəkkil cinayətkar dəstənin liderinin qayğıkeş xeyriyyəçi obrazı yaranmışdı. Bu, yüksək rütbəli məmurlarla əlaqələr qurmağa kömək edir, onlar da sonradan müəyyən xidmətlər müqabilində Erkindən maddi yardım alırlar. Beləliklə, “Dörd qardaş”ın şöhrəti bütün dünyaya yayılır.

2016-cı il dekabrın 7-də isə mütəşəkkil cinayətkar dəstənin bir neçə əsas üzvü, ən əsası isə Erkinin özü və yaxın adamı Auxat Kaliyev saxlanılır. Erkin 2018-ci ildə cinayətkar birlik təşkil etmək və neft oğurluğu da daxil olmaqla on ittiham üzrə təqsirli bilinir və 12 azadlıqdan məhrum edilir.

Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5259
avatar

Cavidan HUN

Oxşar yazılar