Mağazadan 10 minlik siqaret oğurlandı -  FOTO
02 iyun 2021 12:06 (UTC +04:00)

Mağazadan 10 minlik siqaret oğurlandı - FOTO

Qəbələ rayonu Zarağan kəndi ərazisindəki tütün məmulatlarının topdan satışı ilə məşğul olan mağazadan 10 min manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, müraciət əsasında Qəbələ və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Tofiq Məmmədov saxlanılıb. Həmin şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Mehman Nəbiyev

Oxşar yazılar