Gürcüstanda azərbaycanlı iş adamının avtomobili yandırılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qardabani şəhərində baş verib.
Gecə saatlarında Ələzir İrzayevin evinin həyətində avtomobilinə benzin tökülərək yandırılıb. Məlumata görə, hadisənin yerli kriminal avtoritet tərəfindən törədildiyi ehtimal olunur.
Hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.