Türkiyədə kişi keçmiş sevgilisini küçədə öldürüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə İzmir şəhərinin Ödemiş qəsəbəsində baş verib.
Fatma Qara və keçmiş sevgilisi O. G. danışmaq üçün küçədə görüşüblər. Danışıq zamanı onlar arasında mübahisə yaranıb və kişi qadının başını dəfələrlə yerə çırpıb. Ətrafdakıların çağırışı ilə hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəliblər. Həkimlər qadının öldüyü müəyyən ediblər.
Hadisəni törədən O.G. polis tərəfindən saxlanılıb. Məlum olub ki, O.G. əvvəllər də mərhum qadını döyüb. Buna görə, məhkəmə tərəfindən onun haqqında Fatma Qaradan uzaqlaşdırma qərarı verilib.