Keçmiş məhkumun maşınından külli miqdarda narkotik tapıldı
30 sentyabr 2021 15:46 (UTC +04:00)

Keçmiş məhkumun maşınından külli miqdarda narkotik tapıldı

Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Zeynalovun idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 889 qram heroin, 276 qramdan artıq metamfetamin, 300 qramdan artıq tiryək, sərnişini Ş.Əliyevdən isə heroin aşkar edilərək götürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Mehman Nəbiyev

Oxşar yazılar