İstirahət günləri yollarda 5 nəfər ölüb - KRİMİNAL XRONİKA
13 iyun 2022 13:25 (UTC +04:00)

İstirahət günləri yollarda 5 nəfər ölüb - KRİMİNAL XRONİKA

İyunun 11-də və 12–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 125-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 68 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 113 nəfər saxlanılıb.

# 1977
avatar

Mehman Nəbiyev

Oxşar yazılar