İran vətəndaşından götürülən narkotiklər
19 mart 2021 10:07 (UTC +04:00)

İran vətəndaşından götürülən narkotiklər

İrandan gələn narkotacir tutuldu

Biləsuvarda İran vətəndaşı olan narkotacir saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılan İran vətəndaşından 8 kiloqramdan artıq müxtəlif növ güclü təsiredən narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

İran vətəndaşı Əmirhüseyn Rüstəminin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib və dövlət sərhədini qanunsuz olaraq keçməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Əlindəki çantaya keçirilən baxış zamanı ayrı-ayrı plastik qablarda ümumi çəkisi 5 kiloqram 680 qram narkotik vasitə heroin, 2 kiloqram 785 qram psixotrop maddə metamfetamin, 145 qram narkotik vasitə tiryək, 177 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1176
avatar

Mehman Nəbiyev

Oxşar yazılar