İrkutsk vilayətində tanış qadınların barmaqlarını kəsənə hökm oxunub.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə 2022-ci il dekabrın 4-nə keçən gecə Mamsko-Çuy rayonunun Fəhlə qəsəbəsində mənzillərdən birində baş verib.
İdarədən verilən məlumata görə, 47 yaşlı kişi tanışları ilə spirtli içki qəbul edib. Bu zaman o, qadınların ondan bir şüşə spirt oğurladığını düşünüb. Buna görə də baltanı götürərək onların qoluna vurub. Nəticədə qadınların barmaqlarını kəsib.
Nəticədə məhkəmə onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111 və 112-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.