Həftəsonu yollarda 11 nəfər öldü - KRİMİNAL XRONİKA
24 oktyabr 2022 10:27 (UTC +04:00)

Həftəsonu yollarda 11 nəfər öldü - KRİMİNAL XRONİKA

Oktyabrın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

# 2949
avatar

Sevinc Fərid

Oxşar yazılar