İsmayıl Məmmədov və xanımı
16 mart 2022 17:50 (UTC +04:00)

İsmayıl Məmmədov və xanımı

Hakim qətl törədilən bölmənin rəisinin dindirilməsinə İCAZƏ VERMƏDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda polis bölməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. 

Vəkil vəsatətində məhkəmə tərkibinin dəyişdirilməsini tələb edib: 

"Ötən iclasda Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisi Seymur Qarayevin məhkəməyə məcburi qaydada gətirilməsi təmin edilmədi. Biz məhkəmə tərkibinin dəyişdirilməsini istəyirik”.

Məhkəmə qısa müşavirədən sonra vəsatətin əsassız olduğu ilə bağlı qərar verib.

Növbəti məhkəmə prosesi martın 29-a təyin ediıib.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.

İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3789
avatar

Fidan İlqar

Oxşar yazılar