Hafiz Məmmədov
14 aprel 2022 21:05 (UTC +04:00)

Hafiz Məmmədov

Hafiz Məmmədov barəsində qətimkan tədbiri dəyişdirildi

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Dövlət Vergi Xidməti Hafiz Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.

Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri  başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.
Məlumatı Hafiz Məmmədovun vəkili Orxan Cəfərbəyli APA-ya təsdiq edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb.
 

# 3753
avatar

Oxşar yazılar