Ağdamda  mina partladı,   bir nəfər mina təmizləyən...
02 aprel 2024 18:51 (UTC +04:00)

Ağdamda mina partladı, bir nəfər mina təmizləyən...

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Ağdam rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 37 yaşlı  Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

# 2010
avatar

Oxşar yazılar