Əsgər anasının başını kəsən  tutuldu - RƏSMİ
03 may 2021 10:42 (UTC +04:00)

Əsgər anasının başını kəsən tutuldu - RƏSMİ

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 40 yaşlı Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin mərhumun həmkəndlisi 49 yaşlı Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib. Hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Z.Fərziyevanın üç övladından birinin Vətən müharibəsində iştirak etdiyinə dair məlumatlar həqiqəti əks etdirmir. Onun övladlarından heç biri Vətən müharibəsi zamanı heç bir əməliyyatda iştirak etməyib. Oğlanlarından biri E.Fərziyev 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb və hazırda Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmətini davam etdirir.

Qeyd edək ki, Lerik rayonunda 3 uşaq anasının başı kəsilmiş meyitinin tapılması barədə xəbər vermişdik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10917
avatar

Mehman Nəbiyev

Oxşar yazılar