Dünən yollarda 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb - KRİMİNAL XRONİKA
19 oktyabr 2022 11:01 (UTC +04:00)

Dünən yollarda 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb - KRİMİNAL XRONİKA

Oktyabrın  18-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

# 2190
avatar

Sevinc Fərid

Oxşar yazılar