“Ded Xasan”ın  qətlində iştirak edən cinayətkar qruplaşma lideri HAKİM QARŞISINDA
28 mart 2025 17:43 (UTC +04:00)

“Ded Xasan”ın qətlində iştirak edən cinayətkar qruplaşma lideri HAKİM QARŞISINDA

Taqansk mütəşəkkil cinayətkar qrupunun lideri İqor Jirnokleyev və daha 9 nəfər müttəhimlər kürsüsündə olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hakim heyəti onları 1991-ci ildə dəstə yaratmaq, silsilə qətllər, adam öldürməyə cəhdlər, adam oğurluğu və quldurluq kimi bir sıra cinayətlərdə təqsirli bilib. Belə ki, mütəşəkkil cinayətkar qruplaşmanın lideri Jirnokleyev kriminal bos “Ded Xasan”ın qətlinə köməklik etməkdə təqsirli bilinib.

Qeyd edək ki, ötən ilin iyununda Taqansk mütəşəkkil cinayətkar qrupunun digər lideri Qriqori Rabinoviç (Qrişa Taqanski) ürək xəstəliyindən istintaq təcridxanasında dünyasını dəyişib.

“Ded Xasan” kimi tanınan kriminal bos Aslan Usoyan ən nüfuzlu “qanuni oğru”lardan biri hesab olunurdu. O, 2013-cü ildə Moskvada güllələnib. Qatil onu paytaxtın mərkəzindəki restoranın yaxınlığında pusquya salıb və boynundan güllə ilə qətlə yetirib.

2020-ci ildə Taqansk mütəşəkkil cinayətkar qrupunun üzvləri, o cümlədən Jirnokleyev, Usoyanın qətlində şərik olmaqda ittiham edilib. Mətbuatın yazdığına görə, Taqanskilər gürcü “qanuni oğru”larının göstərişi ilə “Ded Xasan” öldürülməzdən bir müddət əvvəl ona casusluq ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1462

Oxşar yazılar