"Çirkli pulların yuyulması"nda təqsirləndirilən   HAKİM QARŞISINDA
04 aprel 2022 10:04 (UTC +04:00)

"Çirkli pulların yuyulması"nda təqsirləndirilən HAKİM QARŞISINDA

Cinayət yolu ilə əldə olunan pul vəsaitləri və digər əmlakı leqallaşdırmaqda təqsirli bilinən Sədi Nəcmətdinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icrattına verilib.

O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə olunan pul vəsaitləri və digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunub.

Qeyd edək ki, Nəcmətdinov Sədi Həsən oğlu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilib, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Sədi Nəcimətdinov Rusiya ərazisində müəyyən edilərək 2021-ci ilin mart ayında barəsində həbs qətimkan tədbiri seçilib.

O, ötən il dekabrın 22-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə S.Nəcimətdinov Rusiyadan Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Mehman Nəbiyev

Oxşar yazılar