Saxlanılan şəxslər
04 mart 2022 18:22 (UTC +04:00)

Saxlanılan şəxslər

Bu rayonda BÖYÜK ƏMƏLİYYAT: 75 nəfər tutuldu - VİDEO

Bakının Suraxanı rayonunda son 1 ayda keçirilən əməliyyatlarda 75 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfəri saxlayıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Qeyd olunan dövr ərzində Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Binə, Qaraçuxur Əmircan qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyənləşib.

İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyatlar zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər. Tutulan zaman onlardan birindən atəşə yararlı “Walter” markalı tapança və 4 ədəd parton da aşkar edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bakının bu rayonunda 75 nəfər saxlanıldı

# 3945
avatar

Mehman Nəbiyev

Oxşar yazılar