Tula vilayətindən olan bir sahibkar anbarını qarət etməyə çalışan iki nəfəri öldürüb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, cinayət cəsədləri daşıdığı şəxsin maşınını yol polisi dayandırandan sonra üzə çıxıb.
43 yaşlı Sergey A. Meşə materialları hazırlanması və satışı ilə məşğul olub.
İş adamının sözlərinə görə, iyunun 23-də gecə oğurluq hallarının artdığına görə anbarını özü qoruyub və saat 23 radələrində anqarın yaxınlığında iki kişinin olduğunu görüb. Sergey taxta dəyənəklə hər ikisinin başına vurub və cinayət başında yaxalanan oğruları bağlamağa başlayıb. Bu zaman onların hər ikisinin öldüyü məlum olub.
Kişi qorxduğunu, cəsədləri maşına yükləməyə köməyə oğlunu çağırdığını və əməlini etiraf etmək üçün polisə getdiyini söyləyib. Ancaq iş adamının versiyası müstəntiqlərdə bir sıra sualları gündəmə gətirib.
Hüquq-mühafizə orqanları qurbanların bir-birinin qohumları, yəni 60 yaşlı ata və 38 yaşlı oğlunun olduğunu müəyyənləşdiriblər. Ekspertiza zamanı isə müəyyən olunub ki, bədənlərində təxminən iki gün həyat əlamətləri görünməyib və özləri də 22 iyundan bəri evdə olmayıblar. Bundan əlavə, ölənlərin maşını da anqarın yaxınlığında yanmış halda tapılıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi qaldırılıb.