Bıçaqlayıb maşınını əlindən aldı
24 mart 2021 13:42 (UTC +04:00)

Bıçaqlayıb maşınını əlindən aldı

Bakı sakinini bıçaqlayaraq pulunu və avtomobilini alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nazirliyin Təhlükəsiz Şəhər Xidməti, Abşeron rayon Polis Şöbəsi və Nəsimi rayon Polis İdarəsinin  21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirib 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını bağlamaqda şübhəli bilinən Q.Nəsirov martın 23-də Nəsimi rayonu ərazisində sərnişinləri ilə birgə saxlanılıb.
 

# 1404
avatar

Oxşar yazılar