Saxlanılan şəxslər
25 fevral 2022 14:52 (UTC +04:00)

Saxlanılan şəxslər

Bakıda silahlı narkotacirlər saxlanıldı - VİDEO

Bakının Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən ilk tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbəsi sakini Xanlar Hacıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş atəşə yararlı ov tüfəngi, 5 ədəd həmin silaha məxsus patron aşkar edilib. Saxlanılan şəxs ifadəsində silahı satmaq məqsədi ilə əldə etdiyini bildirib.

3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələr satan dəstə üzvləri saxlanılıblar.

Əməliyyat zamanı əvvəllər məhkum edilmiş paytaxt sakini Elgün Əliyev saxlanılıb. Onun üzərində 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. O, ifadəsində narkotik vasitələri Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən aldığını bildirib.

Növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vidadi Rzayev və onu başçılıq etdiyi narkotik vasitələrin satışını təşkil edən şəbəkəyə daxil olan qardaşı Namiq Rzayev, eləcə də tanışı Ceyhun Nurullayev saxlanılıblar. Şəbəkə üzvlərinin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilib. Əlavə olaraq dəstə üzvü olan Namiq Rzayevin yaşadığı evdən 1 ədəd istifadəyə yararlı “Walter” markalı tapança və patron darağı aşkar olunub. 

Sonuncu əməliyyatlar zamanı saxlanılanların ətraflarında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla Xəzər rayonu və ətraf qəsəbələrin ərazisində satmaq məqsədi ilə alıblar.

Vidadi Rzayevin yaşadığı evə baxış zamanı narkotik vasitələri satdığı müxtəlif şəxslərdən bunun müqabilində əldə etdiyi çoxlu sayda mobil telefonlar və digər məişət əşyaları da aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin satışında və qanunsuz olaraq odlu silah saxlamaqda təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirləri seçilib.

Bakıda silahlı narkotacirlər saxlanılıb

# 1974
avatar

Mehman Nəbiyev

Oxşar yazılar