Bakıda sevgilisini öldürən polis özünü başından güllələyib - YENİ FAKTLAR  - YENİLƏNİB
20 may 2021 18:16 (UTC +04:00)

Bakıda sevgilisini öldürən polis özünü başından güllələyib - YENİ FAKTLAR - YENİLƏNİB

Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polislə bağlı bəzi faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakıda 25 yaşlı sevgilisini xidməti silahı ilə güllələyən Həsən Osmanov polis zabitidir.

O, sevgilisini öldürdükdən sonra özünü başından güllələyib. Təcili xəstəxanaya yerləşdirilən polis əməkdaşı dərhal əməliyyat olunub. Onun vəziyyəti çox ağır qiymətləndirilir, yaşaması şansa bağldır.

Məlumata görə, Həsən Osmanov xidmətdə seçilən və fərqlənən polis zabiti olub. İş yoldaşları onun bu hərəkətinə inana bilmirlər.

***

Saat: 15:21 

Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb: “Hazırda Baş Prokurorluğun istintaq idarəsinin kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.

G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

***

saat 14:50

Mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 26 yaşlı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 25 yaşlı Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib. 

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. 

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir. 

Qeyd edək ki, qətlə yetirilən qadın polis əməkdaşının sevgilisi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26079
avatar

Mehman Nəbiyev

Oxşar yazılar