Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 30 yaşlı Quluyev Elmir Haqverdi oğlu yaşadığı evin qarşısında mübahisə zamanı qonşusu 46 yaşlı Nəbiyev Ədalət Bayram oğluna bıçaqla xəsarət yetirib.
E. Quluyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.