Bakıda qadının başını kəsən kişi ilə bağlı  YENİ XƏBƏR
30 aprel 2021 12:57 (UTC +04:00)

Bakıda qadının başını kəsən kişi ilə bağlı YENİ XƏBƏR

Bakıda qətl törədən Telman Mövsümzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Baş Prokurorludan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, bu il yanvarın 17-də Pirallahı rayon sakini Ramazanova Lalə Ələmdar qızının bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin tanışı Mövsümzadə Telman Gülağa oğlunun Lalə Ramazanovanın ona irad bildirməsinə əsəbləşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla sonuncunun boğaz nahiyəsinə xəsarətlər yetirərək aşkar surətdə xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edərək qəsdən öldürməsinə və  törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə meytini yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Telman Mövsümzadə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilərək, hadisə yerinə baxış keçirilib. Maddi sübutlar götürülərək, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Mehman Nəbiyev

Oxşar yazılar