Bakıda psixoloji xidmət mərkəzi qarət olundu
27 may 2021 12:26 (UTC +04:00)

Bakıda psixoloji xidmət mərkəzi qarət olundu

Mayın 23-də Nəsimi rayonu ərazisindəki psixoloji xidmət mərkəzindən 5300 manat dəyərində "Ipad", fotoaparat və 8 ədəd noutbuk oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini K.Abdullayev, Ucar rayon sakinləri O.Məmmədov və A.Əhmədov saxlanılıblar.

# 3009
avatar

Mehman Nəbiyev

Oxşar yazılar