Narkotik alverçiləri Nurlan Kişiyev və Nicat İmanquliyev
20 fevral 2021 13:20 (UTC +04:00)

Narkotik alverçiləri Nurlan Kişiyev və Nicat İmanquliyev

Bakıda narkotik alverçiləri belə tutuldu - VİDEO

Bakının Səbail rayonunda narkotik alverçiləri saxlanılıb.
 
Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılıb. 

Onun üzərindən 2 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. N.Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirib.

Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyev də tutulub. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Səbail rayon Polis İdarəsində  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.  Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakıda narkotik alverçiləri tutuldu

# 3027
avatar

Mehman Nəbiyev

Oxşar yazılar