Oğurluq edən mran Kərimov və Fuad Sadıxov
02 aprel 2021 14:42 (UTC +04:00)

Oğurluq edən mran Kərimov və Fuad Sadıxov

Bakıda musiqi məktəbini qarət etdilər - VİDEO

Bakıda musiqi məktəbindən oğurluq edənlər saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslər təhsil müəssisəsinə daxil olaraq məktəbin zalında oturacağın üzərində nəzarətsiz qalan və içərisində 100 manat, eləcə də, kartlar olan çantanı oğurlayıblar. Həmin şəxslər sonra kartlardan ümumilikdə 3000 manat yaxın pul çıxararaq təkrar oğurluq ediblər. Zərərçəkən şəxs hadisə barədə polisə məlumat verən kimi cinayəti törədənlərin axtarışlarına başlanılıb.

Yasamal rayon Polis İdarəsi 26-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş İmran Kərimov və Fuad Sadıxov tutularaq istintaqa təqdim olunublar. Araşdırma zamanı onların eyni üsulla, yəni müxtəlif təyinatlı obyektlərə daxil olaraq sahibləri tərəfindən nəzarətsiz qalan daha 6 nəfərin çantasını oğurladıqları məlum olub. İ.Kərimov və F.Sadıxovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Faktla saxlanılan şəxslər barəsində Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Bakıda musiqi məktəbindən oğurluq etdilər

# 1206
avatar

Mehman Nəbiyev

Oxşar yazılar