Bakıda "Lukoil"ə silahlı BASQIN
20 oktyabr 2022 09:22 (UTC +04:00)

Bakıda "Lukoil"ə silahlı BASQIN

Bakıda yanacaqdoldurma məntəqəsində quldurluq hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Naməlum şəxs sübh tezdən saat 4 radələrində burada operator işləyən Səfərzadə Orxan Sultan oğlunu bıçaqla hədələyərək 250 manatını alıb. Daha sonra o, qaçaraq ərazini tərk edib.

Faktla bağlı cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Əliyev Əli İbrahim oğlu saxlanılıb.

# 5550
avatar

Mehman Nəbiyev

Oxşar yazılar