Bakıda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, baxış zamanı T.Quliyevdən 2 kiloqram heroin, 300 ədəd psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.