Oğurluq edən Abdulla Mustafayev və Bəxtiyar Rzayev
15 mart 2021 12:49 (UTC +04:00)

Oğurluq edən Abdulla Mustafayev və Bəxtiyar Rzayev

Bakıda içərisində pul və qızıl olan seyf oğurlandı - FOTO

Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən evlərdən birindən içərisində 4500 manat nağd pul və 3500 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlayan şəxslər saxlanılıblar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Abdulla Mustafayev və Bəxtiyar Rzayev tutulublar. Araşdırma zamanı məlum olub ki, onlar seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadıqları evə gətirib, sındıraraq içərisindəki pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Seyf və oğurlanan qızıllardan bəziləri həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. A.Mustafayev və B.Rzayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1593
avatar

Mehman Nəbiyev

Oxşar yazılar