Bakıda gənc oğlan ürəyindən bıçaqlandı
02 iyun 2024 23:16 (UTC +04:00)

Bakıda gənc oğlan ürəyindən bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şağan qəsəbəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Məmmədov Əlisakit Elşən oğlu küçədə qohumu tərəfindən bıçaqlanıb.

Zərbə onun ürəyinə tuş gəlib. Xəstəxanaya çatdırılan Ə.Məmmədov hazırda cərrahi əməliyyat edilir.

Faktı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3819
avatar

Oxşar yazılar